DataLife Engine > Çap üçün versiya > Vətəndaşlara qarşı 22 min manatlıq dələduzluq edən məhkəmə zalında həbs olundu
DataLife Engine Azerbaijan Support > Hadisə, Cəmiyyət > Vətəndaşlara qarşı 22 min manatlıq dələduzluq edən məhkəmə zalında həbs olundu

Vətəndaşlara qarşı 22 min manatlıq dələduzluq edən məhkəmə zalında həbs olundu


4-05-2018, 13:36. Yerləşdirdi: memmedov
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda təqsirləndirilən Xatirə Hüseynova və Azər Ağayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.Hüseynova 3 il və A.Ağayev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan A.Ağayev məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs Bakıda özlərinə məxsus olmayan torpaq sahələrini vətəndaşlara satmaqda təqsirli bilinir.

İş üzrə ümümi ziyan 22 min manatdır. X.Hüseynova ilə A.Ağayev uzun müddət istintaqdan gizlənə bilib və onların barəsində axtarış qərarı verilib.

Daha sonra hər iki şəxs saxlanılıb, A.Ağayevin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Geri