DataLife Engine > Çap üçün versiya > Bakıda Rusiya vətəndaşını maşın vurub
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda Rusiya vətəndaşını maşın vurub

Bakıda Rusiya vətəndaşını maşın vurub


9-05-2018, 09:11. Yerləşdirdi: memmedov
Bakının Nizami rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 1996-cı il təvəllüdlü Boro Vladislav Vladimiroviç "Xudafərin" şadlıq sarayının qarşısından yolun digər tərəfinə keçmək istəyən zaman onu minik avtomobili vurub.

Yaralı dərhal 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Geri