DataLife Engine > Çap üçün versiya > Ağdaşda avtomobil atı vuraraq qəzaya düşüb, xəsarət alan var
DataLife Engine Azerbaijan Support > Hadisə > Ağdaşda avtomobil atı vuraraq qəzaya düşüb, xəsarət alan var

Ağdaşda avtomobil atı vuraraq qəzaya düşüb, xəsarət alan var


10-05-2018, 10:47. Yerləşdirdi: memmedov
Ağdaş rayonunda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, rayon ərazisində "VAZ-2109" markalı avtomobil hərəkətdə olan zaman qəfildən yoluna çıxan atı vurub. Nəticədə avtomobildə olan Ağdaş rayon sakini, 1985-ci il təvəllüdlü Abidova Nasiyə Füzuli qızı baş nahiyəsindən xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Avtomobilin vurduğu atın aqibəti ilə bağlı məlumat yoxdur.

Faktla bağlı araşdırma aparılır.

Geri