DataLife Engine > Çap üçün versiya > Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb

Masallıda yanacaqdoldurma məntəqəsindən pul oğurlayan şəxs saxlanılıb


14-05-2018, 14:20. Yerləşdirdi: memmedov
Masallıda yanacaqdoldurma məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN mətbuat xidmətindən "Report"a verilən məlumata görə, mayın 12-də saat 5 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Masallı rayonunun Şərəfə kəndi ərazisindəki yancaqdoldurma məntəqələrinin birindən 1 448 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Məlumatla əlaqədar Masallı Rayon Polis Şöbəsi əməkdalarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən kənd sakini Pərviz Cabbarov “isti izlər”lə saxlanılılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri