DataLife Engine > Çap üçün versiya > Bakıda universitet tələbəsi intihar etdi
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda universitet tələbəsi intihar etdi

Bakıda universitet tələbəsi intihar etdi


21-05-2018, 12:53. Yerləşdirdi: memmedov
Bakıda intihar edən gəncin tələbə olduğu məlum olub.

“Report”un xəbərinə görə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan 1996-cı il təvəllüdlü Ramiz Şahmalıyev özünü asıb.

Hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır.

Qeyd edək ki, R.Şahmalıyev dördüncü kurs tələbəsi olub.

Geri