DataLife Engine > Çap üçün versiya > Göygöldə yük maşını aşıb, iki nəfər ölüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Göygöldə yük maşını aşıb, iki nəfər ölüb

Göygöldə yük maşını aşıb, iki nəfər ölüb


26-05-2018, 10:15. Yerləşdirdi: memmedov
Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Zeynalov Əhəd Yusif oğlu Mollacəlli-Dozlar yolu ilə hərəkətdə olarkən idarə etdiyi "KamAZ" markalı yük maşınını aşırdıb.

Nəticədə, sürücü xəsarət alıb. Maşında olan iki sərnişindən hazırda şəxsiyyəti məlum olmayan biri hadisə yerində dünyasını dəyişib. Digər sərnişin, 1984-cü il təvəllüdlü Kəlbəcər rayon sakini Fərzəliyev Eldar Allahverdi oğlu xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Geri