DataLife Engine > Çap üçün versiya > Bakıda qız üstündə qanlı dava
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda qız üstündə qanlı dava

Bakıda qız üstündə qanlı dava


27-05-2018, 19:08. Yerləşdirdi: memmedov
Bakının Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şıxov çimərliyi ərazisində 1978-ci il təvəllüdlü Məmmədəli Hüseynov tanımadığı şəxslə mübahisə edib.

O, dava zamanı bıçaqlanıb. Yaralı sol budun kəsilmiş-deşilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məmmədəli Hüseynova tibbi yardəm göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, onların arasında mübahisə qız üstündə baş verib.

Geri