DataLife Engine > Çap üçün versiya > Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var
DataLife Engine Azerbaijan Support > Hadisə > Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var

Xaçmazda maşın ağaca çırpılıb, xəsarət alan var


28-05-2018, 16:55. Yerləşdirdi: memmedov
Xaçmaz –Xudat yolunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nnı şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın Qusarçay kəndi ərazisindən keçən hissəsində baş verib. 44 yaşlı Vəhiyev Dmitri Əliyeviçin idarə etdiyi “QAZ 24” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Geri