DataLife Engine > Çap üçün versiya > Metroda cibgirlik edən şəxs saxlanılıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Metroda cibgirlik edən şəxs saxlanılıb

Metroda cibgirlik edən şəxs saxlanılıb


31-05-2018, 14:22. Yerləşdirdi: memmedov
Bakı metrosunda cibgirlik edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

Belə ki, Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Süleymanova “İçərişəhər” stansiyasında qatarda cibindən mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Qulam Muxtarov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri