DataLife Engine > Çap üçün versiya > Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb

Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb


10-06-2018, 18:59. Yerləşdirdi: memmedov
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, 1975-ci il təvəllüdlü yerli sakin Sadıqov Zamiq Mirzəyar oğlu müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ona ilkin tibbi yardım göstərilib. Yaralının dediyinə görə, onu bir neçə nəfər döyüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Geri