DataLife Engine > Çap üçün versiya > Yardımlı sakininin başına qaya parçası düşüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Yardımlı sakininin başına qaya parçası düşüb

Yardımlı sakininin başına qaya parçası düşüb


13-06-2018, 09:06. Yerləşdirdi: memmedov
Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət alıb.

"Report" xəbər verir ki, 1965-ci il təvəllüdlü Abdinov Vətən Abdul oğlu güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən başına kiçik daş parçası düşüb.

Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin onun halı pisləşib. Yaxınları yaralını 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə təhvil verib. Həkimlər bildirir ki, artıq onun vəziyyəti sabitdir.

Fakt araşdırılır.

Geri