DataLife Engine > Çap üçün versiya > Ağstafada 63 yaşlı kişi 15 nəfər tərəfindən ölümcül döyülüb - ƏLAVƏ OLUNUB
DataLife Engine Azerbaijan Support > Hadisə > Ağstafada 63 yaşlı kişi 15 nəfər tərəfindən ölümcül döyülüb - ƏLAVƏ OLUNUB

Ağstafada 63 yaşlı kişi 15 nəfər tərəfindən ölümcül döyülüb - ƏLAVƏ OLUNUB


13-06-2018, 11:13. Yerləşdirdi: memmedov
Ağstafa rayon sakini bir neçə nəfər tərəfindən döyülüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, kənd sakini,1955-ci il təvəllüdlü, Əlləzov Nasib Əsgər oğlu "NİVA" markalı avtomobillə evinə gedən zaman bir qrup şəxs 3 avtomobillə onun qarşısını kəsib. Həmin avtomobillərdən düşən 15 nəfərə yaxın şəxs 63 yaşlı kişini ölümcül döyüblər. Zərərçəkən şəxs xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

Geri