DataLife Engine > Çap üçün versiya > Sabunçu RİH-nin qarşısında gənc oğlanı avtomobil vurub
DataLife Engine Azerbaijan Support > Hadisə > Sabunçu RİH-nin qarşısında gənc oğlanı avtomobil vurub

Sabunçu RİH-nin qarşısında gənc oğlanı avtomobil vurub


18-06-2018, 08:39. Yerləşdirdi: memmedov
Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ağır bədən xəsarətləri alıb. "Report"un xəbərinə görə, qəza Bakıxanov qəsəbəsində baş verib.

Abbasqulu Ağa Bakıxanov küçəsində Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısından piyada keçidi ilə yolun digər tərəfinə keçmək istəyən 1994-cü il təvəllüdlü Mustafayev Ruslan Oqtay oğlunu "Kia" markalı avtomobil vurub.

Yaralı ağır bədən xəsarətləri alaraq təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Geri