DataLife Engine > Çap üçün versiya > Hacıqabulda yol qəzasında sürücü ölüb, 3 yaşlı övladı xəsarət alıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Hacıqabulda yol qəzasında sürücü ölüb, 3 yaşlı övladı xəsarət alıb

Hacıqabulda yol qəzasında sürücü ölüb, 3 yaşlı övladı xəsarət alıb


18-06-2018, 10:34. Yerləşdirdi: memmedov
Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 3 yaşlı uşağı isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Geri