DataLife Engine > Çap üçün versiya > Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb

Bakıda sexdə texnikanın partlaması nəticəsində usta xəsarət alıb


20-06-2018, 09:47. Yerləşdirdi: memmedov
Paytaxtın Yasamal rayonunda texnikanın partlaması bir nəfərin yaralanmasına səbəb olub.

"Report"un xəbərinə görə, hadisə Yeni Yasamal qəsəbəsi, Xıdır Mustafayev küçəsi, 165 ünvanında baş verib.

"London taksiləri"nin təmiri xidmətinin 1954-cü il təvəllüdlü əməkdaşı Sadıqov Elman Rəşid oğlu iş görən zaman qaynaq aparatında nasazlıq yaranıb. Nəticədə, aparat partlayıb. E.Sadıqov müxtəlif bədən xəsarətləri alıb.

O, "təcili tibbi yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.

Geri