DataLife Engine > Çap üçün versiya > Hacıqabulda gənc oğlan xalası qızını buna görə qətlə yetirib
DataLife Engine Azerbaijan Support > Hadisə > Hacıqabulda gənc oğlan xalası qızını buna görə qətlə yetirib

Hacıqabulda gənc oğlan xalası qızını buna görə qətlə yetirib


24-06-2018, 09:26. Yerləşdirdi: memmedov
Hacıqabul sakininin xalası qızının boğazını kəsərək qətlə yetirməsinin təfərrüatı məlum olub. "Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Muğan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Məlikzadə Rəvanə Məlikağa qızı xalası oğlu tərəfindən bıçaqla boğazından kəsilərək qətlə yetirilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan şəhər şöbəsinə gətirilib.

İlkin məlumata görə, xalası oğlu R. Məlikzadənin onu sevməməsi səbəbindən belə bir cinayət törədib.

Faktla bağlı araşdırma aparılır.

Geri