DataLife Engine > Çap üçün versiya > Bakıda kondisioner ustasını elektrik cərəyanı vuraraq öldürüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda kondisioner ustasını elektrik cərəyanı vuraraq öldürüb

Bakıda kondisioner ustasını elektrik cərəyanı vuraraq öldürüb


28-06-2018, 08:13. Yerləşdirdi: memmedov
Bakının Yasamal rayonunda bədbəxt hadisə nəticəsində orta yaşlı kişi dünyasını dəyişib.

"Report" xəbər verir ki, 1974-cü il təvəllüdlü Tatarıstan Respublikası sakini (Rusiya vətəndaşı) Çernyayev Addi Adilşaxoviç Abbas Mirzə Şərifzadə küçəsində yerləşən iaşə obyektində kondisioner quraşdırarkən onu yüksəkgərginlikli elektrik cərayanı vurub.

Usta hadisə yerində keçinib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis bölməsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Geri