DataLife Engine > Çap üçün versiya > Sumqayıtda evə girən oğru mənzil sahibinin oğluna xəsarət yetirib
DataLife Engine Azerbaijan Support > Hadisə > Sumqayıtda evə girən oğru mənzil sahibinin oğluna xəsarət yetirib

Sumqayıtda evə girən oğru mənzil sahibinin oğluna xəsarət yetirib


7-07-2018, 16:29. Yerləşdirdi: memmedov
Sumqayıt şəhərində evə girən oğru mənzil sahibinin oğluna xəsarət yetirib. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 16-cı mikrorayon ərazisində baş verib.

Belə ki, Sumqayıt şəhər 16-cı mikrorayonda evə girən naməlum şəxs mənzildə tək olan 2001-ci il təvəllüdlü Nemətov Rəşad Gülməmməd oğlunu görüb və ona xəsarətlər yetirib. Qaçmağa macal tapan oğrunu saxlamağa cəhd edən 17 yaşlı gəncin pencərənin sınması nəticəsində baş və qol nahiyələri şüşə ilə kəsilib.

Yaralı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır.

Geri