DataLife Engine > Çap üçün versiya > Sabirabadda 22 yaşlı oğlan bıçaqlanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Sabirabadda 22 yaşlı oğlan bıçaqlanıb

Sabirabadda 22 yaşlı oğlan bıçaqlanıb


20-07-2018, 08:47. Yerləşdirdi: memmedov
Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Bıçaq xəsarəti alan kənd sakini, 1996-cı il təvəllüdlü Əhmədov Şamil Qurban oğlu Şirvan şəhər xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb.

Ş.Əhmədovun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı Sabirabad rayon Polis Şöbəsində araşdırma aparılır.

Geri