DataLife Engine > Çap üçün versiya > Yevlaxda Mingəçevirli qadın bıçaqlanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Yevlaxda Mingəçevirli qadın bıçaqlanıb

Yevlaxda Mingəçevirli qadın bıçaqlanıb


22-07-2018, 12:08. Yerləşdirdi: memmedov
Yevlaxda bıçaqlanma hadisəsi olub.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Xanabad kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mirzəliyeva Şəbnəm Namiq qızına bıçaqla xəsarət yetirilib. İki zərbə qarın nayihəsinə, bir zərbə isə qoluna vurulub.Yaralı qadın xəstəxanaya yerləşdirilib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Geri