DataLife Engine > Çap üçün versiya > Sumqayıtda partlayış: 4 nəfər yanıq xəsarətləri alıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Sumqayıtda partlayış: 4 nəfər yanıq xəsarətləri alıb

Sumqayıtda partlayış: 4 nəfər yanıq xəsarətləri alıb


28-07-2018, 19:55. Yerləşdirdi: memmedov
Sumqayıtda avtomobil parkının ərazisində partlayış baş verib.

Trend-ə FHN-dən verilən məlumata əsasən, hadisə nəticəsində parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Geri