DataLife Engine > Çap üçün versiya > Hindistanda avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Hindistanda avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb

Hindistanda avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb


28-07-2018, 20:50. Yerləşdirdi: memmedov
Hindistanın Maharaştra ştatında dağlıq ərazidəki yolda hərəkət edən avtobusun dərəyə aşması nəticəsində 33 nəfər ölüb.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, hadisə iyulun 28-də günortadan sonra Rayqad bölgəsində baş verib. Bildirilir ki, avtobus təxminən 90 metr hündürlükdən dərəyə aşıb.

Qəzadan sağ çıxan bir nəfər tanışına zəng edərək qəza barədə məlumat verib. Hadisə yerinə polis əməkdaşları və tibbi yardım briqadaları cəlb olunub.

Geri