DataLife Engine > Çap üçün versiya > Sumqayıtda kişini döyərək pulunu və mobil telefonunu alan şəxs saxlanılıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Sumqayıtda kişini döyərək pulunu və mobil telefonunu alan şəxs saxlanılıb

Sumqayıtda kişini döyərək pulunu və mobil telefonunu alan şəxs saxlanılıb


31-07-2018, 14:24. Yerləşdirdi: admin
Sumqayıt şəhərində yol kənarında dayanan şəxsə qarşı quldurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Elçin İsmayılov 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək iyulun 29-da saat 23 radələrində 76-cı məhəllənin ərazisində yolun kənarında dayanarkən markasını bilmədiyi avtomobilin sürücüsünün ona yaxınlaşıb küt alətlə əlindən vuraraq içərisində 45 manat və mobil telefonu olan çantasını almasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xalid Məmmədov saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Geri