DataLife Engine > Çap üçün versiya > Şəmkirdə yol qəzasında 2 nəfər ölüb, 2-i yaralanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Şəmkirdə yol qəzasında 2 nəfər ölüb, 2-i yaralanıb

Şəmkirdə yol qəzasında 2 nəfər ölüb, 2-i yaralanıb


6-08-2018, 14:21. Yerləşdirdi: admin
Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "Report"a DİN-nin mətbuat xidmətindən verilən məlumta görə, hadisə rayonun Düyərli kəndi ərazisində baş verib.

Belə ki, Bakı şəhər sakini Vüqar Vəliyevin idarə etdiyi BMW və Abşeron rayon sakini Mais Mirzəyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.

Nəticədə M.Mirzəyev və sərnişin Rəsul Əliyev hadisə yerində ölüb, digər sərnişin və BMW-nin sürücüsü V.Vəliyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Geri