DataLife Engine > Çap üçün versiya > Gəncədə gənc qadını maşın vuraraq öldürüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Gəncədə gənc qadını maşın vuraraq öldürüb

Gəncədə gənc qadını maşın vuraraq öldürüb


12-08-2018, 08:48. Yerləşdirdi: memmedov
Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev prospektində yolu keçmək istəyən 25-30 yaşlı qadın taksi kimi fəaliyyət göstərən avtomobil tərəfindən vurulub.

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya aparılan zaman yolda keçinib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri