DataLife Engine > Çap üçün versiya > Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb

Ötən gün borclu kimi axtarışda olan 22 nəfər saxlanılıb


21-08-2018, 10:00. Yerləşdirdi: admin
Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 20-də ölkədə118 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Geri