DataLife Engine > Çap üçün versiya > Bank hesablarından 2 min manatdan çox pul oğurlayanlar saxlanıldı
DataLife Engine Azerbaijan Support > Hadisə > Bank hesablarından 2 min manatdan çox pul oğurlayanlar saxlanıldı

Bank hesablarından 2 min manatdan çox pul oğurlayanlar saxlanıldı


22-08-2018, 16:09. Yerləşdirdi: memmedov
Göyçay rayonunda 3 ay ərzində bank hesablarından 2479 manat pul oğurlanıb.

"Report" xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Göyçay rayon sakini olan bir nəfərin bankomat kartından 91 manat pul çıxararaq oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Valeh Xəlilov, əvvəllər məhkum olunmuş Ruslan Qasımov və Nəriman Rəhimov avqustun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin may-avqust ayları ərzində Göyçay rayon sakini olan daha 3 nəfərin bankdakı hesablarından, ümumilikdə, 2479 manat pul çıxarmaları müəyyən edilib.

Geri