DataLife Engine > Çap üçün versiya > Sumqayıtda 40 yaşlı kişini döyüb qulağını kəsmək istəyiblər
DataLife Engine Azerbaijan Support > Hadisə > Sumqayıtda 40 yaşlı kişini döyüb qulağını kəsmək istəyiblər

Sumqayıtda 40 yaşlı kişini döyüb qulağını kəsmək istəyiblər


24-08-2018, 07:34. Yerləşdirdi: memmedov
Sumqayıtda 40 yaşlı evli kişi küçədə küt alətlə ölümcül döyülüb. "Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində baş verib.

Belə ki, küçədə gedən Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zərbəliyev Elşad Səlim oğlu adı hələki istintaqa məlum olmayan şəxslərin hücumuna məruz qalıb. Naməlum şəxslər Elşad Zərbəliyevin əvvəlcə başına küt alətlə vurublar. Daha sonra onu ölümcül döyərək qulağına kəsici alətlə kəsmək istəyiblər. Başında, qulağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Geri