DataLife Engine > Çap üçün versiya > Şirvanda ata gənc oğlunu bıçaqlayıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Şirvanda ata gənc oğlunu bıçaqlayıb

Şirvanda ata gənc oğlunu bıçaqlayıb


25-08-2018, 11:37. Yerləşdirdi: memmedov
Şirvanda Sabirabad sakini bıçaqlanıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, gecə saatlarında Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. Əmisinin evinə qonaq gələn Sabirabad rayonunun Azadakənd sakini, 1999-cu il təvəllüdlü Abasov Əli Nizami oğlunu atası bıçaqlayıb. Ə.Abasov daxilə nüfuz edən qarının ön divarının kəsilmiş-deşilmiş yarası, həmçinin qara ciyərin zədələnməsi diaqnozu ilə ilə Şirvan şəhər xəstəxanasında əməliyyat olunub. Hazırda reanimasiya şöbəsinə yerləşdirilən 19 yaşlı gəncin vəziyyəti orta-ağır kimi qiymətləndirlir.

Hadisə yerindən qaçan atanın tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geri