DataLife Engine > Çap üçün versiya > Sabirabad sakini kürəyindən bıçaqlanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Sabirabad sakini kürəyindən bıçaqlanıb

Sabirabad sakini kürəyindən bıçaqlanıb


26-08-2018, 11:45. Yerləşdirdi: memmedov
Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən axşam rayonun Muğan Gəncəli kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Həsənov Elvin Muxtar oğlu sol kürək və sağ çiyin nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Məlumata görə, E.Həsənov tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri