DataLife Engine > Çap üçün versiya > Cəlilabadda nə baş verir?- Qəribə gözəgörünməz oğrular peyda olub - VİDEO
DataLife Engine Azerbaijan Support > Hadisə > Cəlilabadda nə baş verir?- Qəribə gözəgörünməz oğrular peyda olub - VİDEO

Cəlilabadda nə baş verir?- Qəribə gözəgörünməz oğrular peyda olub - VİDEO


26-08-2018, 16:55. Yerləşdirdi: memmedov
İnsanlar hər gecə həyətlərində keşik çəkməli olurlar. Kənd sakinləri iddia edir ki, naməlum şəxs və şəxslər onların evlərindən oğurluq edir, sakinləri qorxudurlar.

Bir-neçə gündür ki, Cəlilabadın Alar kəndində sakinlərin evlərindən oğruluq etməyə çalışan kimlərsə peyda olub. Kənd sakinləri deyir ki, onları qorxu içində saxlayan həmin şəxs və ya şəxslərgecələr evlərinə daxil olur. Onların kim olduğunu görən olmasa da, kənddə artıq müxtəlif şayiələr dolaşmağa başlayıb.

Ötən gecə isə Alar kəndində yerləşən Muradxanlı qəbiristanlığında yanğın baş verib. Kənd sakinlərinin sözlərinə görə qəbiristanlığı evlərdən oğurluq etmək istəyən naməlum şəxs və şəxslər qəsdən yandırıblar. Bu əməllə onlar əhalini yanğın yerinə cəlb etmək niyyətində olublar. Hadisədən vaxtında xəbər tutan sakinlər yanğının geniş əraziyə keçməsinin qarşısını ala biliblər.

Məsələ ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsindən bildirdilər ki, hadisə hüquq-mühafizə orqanlarıın nəzarəti altındadır. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Alar kənd sakinlərini qorxu içində saxlayan şəxslər artıq aşkar edilib.

Rayon polis idarəsinin əməkdaşları tərəfindən valideyinlərinin iştirakı ilə onlarla proflatik söhbətlər aparılaraq ailələrinə təhfil verilib. (xezerxeber.az)


Geri