DataLife Engine > Çap üçün versiya > Bakıda sevgililər qarajda boğularaq ölüb - FACİƏ
DataLife Engine Azerbaijan Support > Hadisə, Son Xəbər > Bakıda sevgililər qarajda boğularaq ölüb - FACİƏ

Bakıda sevgililər qarajda boğularaq ölüb - FACİƏ


29-08-2018, 18:58. Yerləşdirdi: admin
Bakıda sevgililər qarajda boğularaq ölüb. “Report”un xəbərinə görə, hadisə Yasamal rayonu, Mirəli Seyidov küçəsində baş verib.
Belə ki, ötən gecə beşmərtəbəli binanın həyətində yerləşən qarajdakı “Nissan” markalı avtomobildə 1997-ci il təvəllüdlü Könül Əhədova və 1990-cı il təvəllüdlü Elvin Zeynalovun meyiti tapılıb. Avtomobil K.Əhədovaya məxsus olub. Meyitlər tapılarkən avtomobilin kondisoneri işlək vəziyyətdə olub, cütlük də məhz maşından çıxan qazdan ölüb. Hadisə yerinə Yasamal Rayon Prokurorluğu və Yasamal rayon Polis idarəsinin əməkdaşları cəlb edilib.
Ehtimala görə onlar sevgili olub və boğulma hadisəsi intim əlaqədən sonra baş verib. Faktla bağlı cinayət işi başlanılıb. Qeyd edək ki, sentyabrın 7-də E.Zeynalovun başqa bir qızla toy mərasimi olacaqdı.

Geri