DataLife Engine > Çap üçün versiya > Bakıda məktəbdən kompüter avadanlıqları oğurlanıb
DataLife Engine Azerbaijan Support > Hadisə > Bakıda məktəbdən kompüter avadanlıqları oğurlanıb

Bakıda məktəbdən kompüter avadanlıqları oğurlanıb


30-08-2018, 15:53. Yerləşdirdi: admin
Bakıda orta məktəbdən kompüter avadanlıqları oğurlanıb.

"Report" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, Nərimanov rayon Polis idarəsinin 16-cı polis bölməsi və Pirallahı rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 29-na keçən gecə Nərimanov rayonu ərazisindəki orta məktəblərdən birinin zirzəmisindən 1650 manat dəyərində kompüter avadanlıqları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Emin Dadaşov və Aqil Mustafayev Pirallahı rayonunun ərazisində saxlanılıb.

Geri