DataLife Engine > Çap üçün versiya > Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB
DataLife Engine Azerbaijan Support > Hadisə > Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB

Cəlilabadda yol qəzasında ölən şəxslərin adları məlum olub - YENİLƏNİB


1-09-2018, 12:34. Yerləşdirdi: memmedov
Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bunlar Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur.

Qeyd edək ki, onlar gecə saatlarında "VAZ 2106" markalı avtomobilin maneəyə çırpılması nəticəsində ölüb.

***
08:21

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, "VAZ" markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri