DataLife Engine > Çap üçün versiya > Ağstafada "VAZ" hasara çırpılıb, sürücü ölüb
DataLife Engine Azerbaijan Support > Hadisə > Ağstafada "VAZ" hasara çırpılıb, sürücü ölüb

Ağstafada "VAZ" hasara çırpılıb, sürücü ölüb


2-09-2018, 09:58. Yerləşdirdi: memmedov
Ağstafa rayonunda yol qəzası baş verib.

Trend-in FHN-ə istindən verdiyi məlumata əsasən, rayonun Böyük Kəsik kəndində “VAZ” markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1960-cı il təvvəllüdlü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Geri