DataLife Engine > Çap üçün versiya > Yüksək sürət sürücünün həyatına son qoydu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO
DataLife Engine Azerbaijan Support > Hadisə > Yüksək sürət sürücünün həyatına son qoydu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO

Yüksək sürət sürücünün həyatına son qoydu - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – VİDEO


4-09-2018, 17:21. Yerləşdirdi: admin
Paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Lökbatan qəsəbəsində qəsəbə sakini Bilal Hüseyov “AzSamand” markalı avtomobildə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək reklam dirəyinə çırpılıb.

Zərbədən tamamilə deformasiyaya uğrayan avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Qəzada xəsarət alan iki sərnişin isə xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Qaradağ RPİ tərəfindən araşdırma aparılır.


Geri