DataLife Engine > Çap üçün versiya > Peterburqda Bakıdan olan əlilin meyiti tapıldı
DataLife Engine Azerbaijan Support > Hadisə > Peterburqda Bakıdan olan əlilin meyiti tapıldı

Peterburqda Bakıdan olan əlilin meyiti tapıldı


9-09-2018, 11:15. Yerləşdirdi: memmedov
Sentyabrın 7-də Sankt-Peterburq şəhərində yerli sakinlər zibil yeşiyinin arxasında ayaqları olmayan kişinin meyitini tapıblar.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölən şəxs Azərbaycan vətəndaşıdır.

Yerli hüquq-mühafizə orqanlarında artıq bu məlumatı təsdiqləyiblər.

İnsident yerində axtarış zamanı 39 yaşlı Bakı sakininin pasportu aşkarlanıb. Ölən şəxsin əlil olduğu bildirilir.

Cəsədin müayinəsi mərhumun bədənində ölümcül zorakılıq əlamətlərinin olmadığını göstərib.

Faktla bağlı araşdırma aparılır.

Geri