DataLife Engine > Çap üçün versiya > Qızıl mədənində uçqun
DataLife Engine Azerbaijan Support > Hadisə, Sağ Manşet > Qızıl mədənində uçqun

Qızıl mədənində uçqun


5-10-2014, 21:48. Yerləşdirdi: memmedov
Dünyada qızılın qiymətinin artması ilə əlaqədar son zamanlar, xüsusilə, İndoneziyada bu qiymətli metalın qeyri-leqal hasilatı gün-gündən artmaqdadır.

Bildirilir ki, Tempo.Co internet saytının bu gün yaydığı məlumata görə, İndoneziyanın ucqar Qərbi Kalimantan əyalətində qızılın qeyri-leqal hasilatı ilə məşğul olan iyirmi sakin şaxtadakı dağıntılar səbəbindən həlak olub.

Əyalət polisinin briqada generalı Arief Sulistyanto bildirib ki, qızıl axtarışı ilə məşğul olan 18 kişi və iki qadının cəsədini yalnız şər qarışandan sonra çıxarmaq mümkün olub.

Xatırladaq ki, cəmi üç ay əvvəl ölkənin şərq əyaləti Papuada qızıl çıxaran on nəfər Panianidə torpaq sürüşməsi nəticəsində həlak olmuşdu. Bu sahədə ən ciddi insident isə 50 nəfərin ölümü ilə tarixə düşmüş 2009-cu il hadisəsi hesab olunur.

Geri