DataLife Engine > Çap üçün versiya > Avtobus partladıldı
DataLife Engine Azerbaijan Support > Hadisə > Avtobus partladıldı

Avtobus partladıldı


21-10-2014, 22:14. Yerləşdirdi: memmedov
Kabildə Əfqanıstan hərbçilərini daşıyan avtobusu hədəf alan uzaqdan idarə olunan bombanın partladılması nəticəsində dörd nəfər ölüb.

Məlumata görə, hücuma görə məsuliyyəti Taliban üzərinə götürüb. Hadisə beynəlxalq təhlükəsizlik qüvvələrinin bu ilin sonunda Əfqanıstanı tərk etməyə hazırlaşdığı vaxt ölkənin bir çox yerlərində demək olar hər gün baş verən zorakılıqlardan biridir.

Taliban Əfqanıstanın Qərb tərəfindən dəstəklənən hökuməti və xarici qüvvələrin ölkədə mövcudluğuna qarşı çıxır. Qrup Əfqanıstan və NATO qüvvələrinə qarşı son aylar mütəmadi hücumlar təşkil edir.

Geri