Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış və fəaliyyət göstərən Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2024- cü il üzrə elmi və bədii əsərlərin qiymətləndirilməsinə başlamışdır...

Azərbaycan Nazirlər Kabinetinin rəsmi saytına istinadla onu da bildiririk ki, Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, şəhid Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var.  

Onu da deyək ki, "Sonuncu əmr" romanı Dövlət Komissiyasına təqdim edilmiş çoxsaylı əsərlər sırasından seçilmiş və komissiyanın qiymətləndirilməsinə verilmiş üç bədii əsərdən biridir.
Artıq bu həftənin əvvəlindən başlayaraq
Dövlət Mükafatları Komissiyasının qərarına əsasən, bədii əsərlərin ictimai müzakirələri həyata keçirilir. İndiyədək "Sonuncu əmr" romanı haqqında 10- a yaxın tanınmış ədəbiyyatşünasların, ictimai xadim və hərbi ekspertlərin, həmçinin ədəbiyyat sahəsində böyük təcrübəsi olan tənqidçi- ekspertlərin analitik yazıları mediada çap olunmuşdur. Bundan başqa, ayrı- ayrı mədəniyyət ocaqlarında əsərin ictimai müzakirəsinə başlanılıb. Ötən günlərdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzində romanın geniş ictimai müzakirəsi həyata keçirilmişdir.

077f8299-6fb9-46e1-9012-482fcb20ec90

...Bu gün isə Yasamal rayon MKS-nin 3 nömrəli kitabxana filialında 44 günlük Vətəmüharibəsində qəhrəmancasına döyüşərək şəhid olan kəşfiyyatçı polkovnik-leytenant Orxan Əkbərovun hrəmanlığından bəhs edə"Sonuncu əmr"  romanının ictimai müzakirəsi  keçirilibTədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Vətənin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Daha sonra Yasamal rayon MKS-nin 3 nomrəli kitabxana filialının müdiri Arzu Xudayarova çıxış edərək kitab haqqında məlumat verdiKitabxana filialının fəal oxucusu Sara Nağılı şəhid Orxan Əkbərovun həyat yolu haqqında danışdı.

Tədbirdə Sonuncu əmr kitabının muəllifi Asif Mərzili çıxış edərək kitab haqqında qonaqlara məlumat verdi. O, qəhrəman Vətən oğullarının həyat döyüş yolunun gənclərimizə örnək olduğunu vurğuladı.

Tədbirdə Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I vitse-prezidenti Ruhiyyə Poladova, zadlar qəzetinin əməkdaşı, Birinci Qarabağ müharibəsi iştirakçısı Elçin Məmmədli, şair-publisist İlham Qəhrəman, gənc ictimai fəal, hərbi bloger Ravin Həsənov və başqaları kitab haqqında fikirlər söylədilər.

Kitabxana filialının fəal oxucuları Azərbaycan Memarlıq İnşaat Kollecinin I kurs tələbəsi, YAP-ın gənc koordinatoru, FHN-nin gənc xilasedicisi Əbülfəz Cavadov, tələbə Pünhan Novruzov vı başqaları müəllifə suallar verdilər. Romanın müəllifi Asif Mərzili onların suallarını ətraflı cavablandırdı. 

Mərasimin sonunda müəllif Asif Mərzili yüksək səviyyədə və coşqu ilə keçirilən ictimai müzakirənin təşkili üçün Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının direktoru Lətifə xanım Məmmədovaya, eləcə də 3 saylı filialın müdiri Arzu xanım Xudayarovaya dərin minnətdarlığını bildirdi.

İctimai müzakirənin sonunda müəllif kitabxanaya kitablar hədiyyə etdi.

Y.Məmmədli

dc449d6b-89c6-4444-85ff-47dc04e7c453 

2dceb251-cff6-4167-bc25-e5a0b5c4e2b8