booked.net booked.net  

Kiyevə ayrılan pullar Ukraynaya getmir, dərhal ABŞ iqtisadiyyatına qaytarılır.

Pin It

Qarışıq üslublu döyüşçü Zəlimxan Yusupov Mahaçqalada restoranlardan birində dava zamanı travmatik silahdan yaralanıb.

Pin It

Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus “Vilxa” reaktiv yaylım atəş sisteminin (RYAS) 2 mərmisini vurub.

Pin It

Kiber cinayətin qurbanı olan idman ustası nazirə müraciət edib                                                         

Tezadlar.az-a Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana, Şuşa şəhərciyi, Malıbəyli qəsəbəsi, 386 saylı məhəllədə fərdi yaşayış evində yaşayan Azərbaycan Respublikasının İdman Ustası Əhmədov Amil Davud oğlunun Daxili İşlər naziri Vilayət Eyvazova ünvanlanmış müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab nazir!

Məlum olduğu kimi, bütün dünyada kibernetika və elektron texnologiyaları ilə bağlı cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində dünya  dövlətlərinin güc strukturları, hüquq-mühafizə orqanları tərəfindən ciddi tədbirlər həyata keçirilir və bu sahədəki cinayətkarlıqla mübarizədə ictimai qaydaların qorunması, eyni zamanda, təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, son zamanlar baş verənlər göstərir ki, DİN-də cinayətkarlıqla mübarizənin texniki proqram təminatı, "təhlükəsiz şəhər" infrastrukturu xeyli inkişaf edib və bu, ölkə vətəndaşlarının rahat və firavan yaşamasını təmin edən ən vacib amillərdən biri hesab olunur. Bütün bunlarla yanaşı, içtimai təhlükəsizliyin təmin olunması prosesinin tərkib hissəsi kimi, DİN tərəfindən istər media, istərsə də sosial platformalar vasitəsilə maarifləndirici tədbirlər həyata keçirilir və internet üzərindən (online) alış-verişin edilməsində bir çox kriteriyalara əməl edilməsinin vacibliyi vurğulanır.

Hörmətli cənab nazir!

Çox böyük ürək ağrısıyla qeyd etmək istəyirəm ki, 08.05.2024-cü il tarixdə, saat 12:46 radələrində  Azərbaycan Respublikasının idman ustası və Güləş Federasiyasının məşqçisi kimi haker hücumuna məruz qalmışam. Belə ki, + 7917-672-36-94 mobil nömrəsindən adını bilmədiyim xanım tərəfindən mənim mobil telefonuma zəng gələrək,  "Lalafo" internet satış proqramı çərçivəsində yerləşdirdiyim elana münasibətdə 300 manat ödəmək istədiyini bildirdi. Bir neçə dəqiqə telefonla danışdıqdan sonra o, mənim kart hesabıma 100 manat ödəyərək, məbləğin yerdə qalan hissəsini, yəni, 200 manatı ödəməyin "Zolotoya Korona" sistemində müəyyən problemlərin yaranması səbəbindən mümkünsüzlüyünü qeyd etdikdən sonra mənə məxsus olan mobil telefona özünü həmin xanımın qardaşı kimi təqdim edən şəxs tərəfindən zəng gəldi və həmin şəxs telefonda mənimlə yarı rus, yarı Azərbaycan dilində danışaraq, Nərimanov metrostansiyası yaxınlığında görüşəcəyimizi və üzümüzə gələn dəqiqələrdə mənə Kapital Bank-dan 4 rəqəmli kod gələcəyini və həmin kodu ona bildirdikdən sonra pulun yerdə qalan hissəsinin kart hesabıma keçəcəyini səmimi şəkildə bildirdi. Mən ona inanaraq, onun dediyi kimi etdikdən sonra Kapital Bank-dan  adıma 1500 manat kredit rəsmiləşdirdi və dəqiqələr içərisində mənə məxsus olan kartdan saat 13:31-də 1300 manat,  saat 13:32-də özümə məxsus olan 500 manat pul vəsaiti və saat 13:34-də isə 140 manat çıxarıldı. Görünür, yerdə qalan 60 manat bank tərəfindən komissiya haqqı olaraq tutulub və ümid edirəm ki, aparılan araşdırmalar zamanı bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək. Aydınlıq gətirilməsi vacib olan məqamlardan biri də budur ki, qeyd etdiyim pul vəsaitlərinin kart hesabımdan çıxarılmasından sonra nə onlayn, nə də faktiki iştirakım olmadan bağlanmış kredit müqaviləsinə münasibətdə şəxsiyyəti eyniləşdirmək və müqaviləni imzalamaq üçün bank tərəfindən xüsusi bir linkin göndərilməsidir. Bundan sonra Kapital Bank-a gedərək, baş vermiş hadisəyə münasibəti öyrənməyə çalışsam da, bank əməkdaşları tərəfindən məsələyə aydınlıq gətirilmədi və  bu barədə DİN-nin"102" qaynar xəttinə zəng edib, məlumat verməyim və fakt üzrə hüquqi ölçülərin götürülməsi üçün polisə müraciət etməyim tövsiyə olundu. Hal-hazırda baş vermiş cinayət hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində təhqiqat işi aparılır və inanıram ki, sizə etdiyim bu rəsmi müraciətdən sonra cinayətkar dəstə tez bir zamanda yaxalanaraq məsuliyyətə cəlb olunacaq və mənə dəymiş ziyan 500 manat pul vəsaiti geriyə qaytarılmaqla, qanunsuz şəkildə adıma rəsmiləşdirilən kredit müqaviləsi ləğv olunacaq.

Hörmətli cənab nazir!

Sizdən xahiş edirəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan idmançılarına göstərdiyi diqqət və qayğısını rəhbər tutaraq, idman sahəsində ölkəmizdə və onun hüdudlarından kənarda  qazandığım uğurları nəzərə alıb köməyinizi əsirgəməyəsiniz.

Sizə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, müraciət vətəndaş tərəfindən rəsmi olaraq Daxili İşlər naziri cənab Vilayət Eyvazova və digər aidiyyəti dövlət qurumlarına göndərilib.

E.ŞİRİNOV

img-20240511-wa0015

img-20240511-wa0011

 

Pin It

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baydenin “oturmaq istəməsinə” baxmayaraq, hazırkı dövlət başçısı Co Baydenlə ayaq üstə debatların keçirilməsini təklif edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA