Pentaqonun Kosmik Komandanlığı Rusiya ilə konfliktsiz rabitə kanallarına sahib olmaq istəyir.

Tezadlar.az xəbər verir ki, bunu komandanlığın rəhbəri Stiven Uaytinq deyib.

“Biz münaqişəni aradan qaldıran kanalların işləməsini istərdik”, - deyə o bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bəyan etmişdi ki, hazırda Rusiya və ABŞ arasında dialoq üçün əsas potensial sahə strateji təhlükəsizliklə bağlı məsələlərdir.

E.ŞİRİNOV