İran dəniz qanunlarını pozduğuna görə İsraillə əlaqəli “MSC Aries” gəmisini saxlamağa qərar verib.
Tezadlar.az bildirir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
“İran Hörmüz boğazında və Fars körfəzində naviqasiya təhlükəsizliyini təmin etmək üçün daim çalışır, lakin yuxarıda adı çəkilən gəmi dəniz qanunlarını pozduğu və İran hakimiyyətinin tələblərinə məhəl qoymadığı üçün İranın ərazi sularına göndərilib”, - o, İranın SNN telekanalının yayımladığı mətbuat konfransında bildirib.
E.ŞİRİNOV