“BakıKART” ilə əməkdaşlıq çərçivəsində “m10” elektron pulqabı vasitəsilə Bakı və Abşeronun metro və avtobuslarında QR kodla ödəniş xidməti istifadəyə verilib.

“PashaPay”dən TEZADLAR.AZ-a bildirilib ki, elektron pulqabı Bakının metro və avtobus xidmətləri ilə strateji tərəfdaşlıq quraraq nağdsız ödənişlərə töhfə verməklə yanaşı, vətəndaşların həyatını xeyli asanlaşdıracaq.

İstifadə qaydalarına uyğun olaraq m10-da yaradılan QR bileti avtobus və ya metro kamerasında oxutmaq kifayətdir. Yaradılan QR bilet üçün pulqabı balansından bloklaşdırılan məbləğ beş dəqiqə ərzində istifadə olunmadıqda, altıncı dəqiqədə balansa geri qaytarılır.