Bu ilin yanvar-mart ayları ərzində daşınmaz əmlak üzərində 88 013 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında  bildirilir.

Qeyd edilir ki, bu göstəricinin 13 540-ı (15,3 faizi) ilkin, 74 473-ü (84,7 faizi) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 12 786, mənzil üzərində 19 234, torpaq sahəsi – 53 279, qeyri-yaşayış binası - 744, qeyri-yaşayış sahəsi – 1 814, əmlak kompleksi - 147, çoxmərtəbəli yaşayış binası üzərində isə 9 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 21 664-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Cari ilin ilk rübündə 64 842 texniki pasport tərtib edilib, 16 537 ipoteka müqaviləsi qeydiyyata alınıb