Londonun ICE birjasının məlumatına görə, Brent markalı neftin qiyməti martın 15-dən bəri ilk dəfə bir barel üçün 85 dollardan aşağı düşüb.

Ticarət zamanı Şimal dənizi qarışığının iyul fyuçersləri 1,11% ucuzlaşaraq 84,98 dollar/barelə bərabər olub.

WTI markalı xam neftin iyun fyuçerslərinin qiyməti 0,74% azalaraq 80,51 dollar/barelə bərabər olub.

Bundan əvvəl “Alfa Capital Management” şirkətinin portfel meneceri Dmitri Skryabin “RG” ilə söhbətində Brent markalı neftin qiymətinin bir barel üçün 100 dolları keçə biləcəyini etiraf etmişdi. Onun sözlərinə görə, bu, gözlənilməz geosiyasi eskalasiya və ya əsas ixracatçılardan, məsələn, İrandan dünya bazarına neft tədarükünün pozulması riskləri zamanı baş verə bilər.

E.ŞİRİNOV