Əgər hazırladığın məhsul brend, marka olmazsa, onu istehsal etməyin anlamı da olmaz.

TEZADLAR.AZ xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında Beynəlxalq Françayzinq Assosiasiyasının sədri Mustafa Aydın söyləyib.

 Sədr vurğulayıb ki,  birgə işlər qurularkən brendlərin yaradılmasına da önəm verilməlidir.

“İllərdir Türkiyədə mallar istehsal edilir, ikinci ölkə onu alır, üzərinə öz brendini vurur və daha baha qiymətə satır. Lakin bunu özümüz də edə bilərik. Türk dövlətlərində çox keyfiyyətli tekstil məhsulları istehsal edilir. Bundan əlavə, şüşə əşyalar, maşınlar istehsal olunur, xidmət və qida sektorunda da üstünlüklərimiz var”, - deyə bildirib.

 M.Aydın qeyd edib ki,  ölkələrin iqtisadiyyatları nə qədər güclüdürsə, siyasətdə də bir o qədər uğurlu olurlar və türk coğrafiyasındakı iqtisadi güclər bir araya gəldiyi halda, ümumi daxili məhsul istehsalımızı 5-6 dəfə artıra bilərik.

 

Y.Məmmədli