Müğənni Elçin Cəfərov ilk dəfə boşanma xəbərini etiraf edib.
TEZADLAR.AZ xəbər verir ki, o bu haqda "PrimeTime"a açıqlamasında deyib.
"Rəsmi sənəddə boşanma var, ayrılmışıq. Amma mən heç bir şeyə sənədlə baxmıram. Gedirsən ailə qurursan, yazırlar ailə qurdular. Boşanırsan, yazırlar boşandılar. Bütün problemlər məndədir, çünki evin böyüyü mənəm. Allahdan hər şeyin xeyirlisini istəyirəm. Bizi birləşdirən Allahdır. Nə vaxt olacaq, olmayacaq bilmirəm. Nə vaxt olacaqsa, şükürlər olsun".
Qeyd edək ki, Elçin Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurmuşdu. Sənətçi boşanma xəbərlərini bundan əvvəl inkar etmişdi.
Bu günlərdə isə ifaçı həyat yoldaşı Aydanın qardaşı Cəmil Rüstəmxanlı ilə sosial media hesabında fotosunu paylaşmışdı.
Və bu paylaşımdan sonra bir çoxları Elçin və Aydanın barışdıqlarını iddia edirdilər.
Xatırladaq ki, Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının qızının boşanma xəbərindən sonra oğlu Cəmil Rüstəmxanlının həyat yoldaşı Günel Rüstəmxanlıdan boşanması xəbəri yayılmışdı.
Məlumatlara görə, Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır.
Onlar 12 il əvvəl ailə həyatı qurmuşdular. Sözügedən toy həmin vaxt gündəm olmuşdu...
JASMİN