Qazaxıstanda koronavirus peyvəndi tamamilə yoxa çıxıb

– ölkənin baş sanitar həkimi Ayjan Esmaqambetovanın izah etdiyi kimi, buna sadəcə ehtiyac yoxdur, çünki xəstəlik tədricən azalır: lakin onun istehsalını istənilən vaxt bərpa etmək olar.

Qazaxıstan KİV-nin məlumatına görə, baş sanitar diqqətə çatdırıb ki,  vətəndaşlar peyvənd olunmaq istəsələr belə, çətin ki, bunu edə bilsinlər, çünki indi belə peyvənd gərək deyil.

 "Bu gün ÜST-nin tövsiyələrinə əsasən, prinsipcə, bütün əhalinin koronavirus infeksiyalarına qarşı peyvənd edilməsinə və ya təkrar peyvənd olunmasına ehtiyac yoxdur. Yəni  bu gün söhbət yalnız əhalinin həssas qruplarından - yaşlılardan gedir... Epidemioloji vəziyyətdən asılı olaraq, bunun lazım olub-olmadığını ölkə özü müəyyənləşdirir”, - Esmaqambetova vurğulayıb.

O, həmçinin  əlavə edib ki, fövqəladə hadisələrə, məsələn, epidemioloji vəziyyətin dəyişməsinə gəlincə, “Otarbiopharm” zavodu bir ay ərzində koronavirusa qarşı peyvənd istehsal edə bilər.

 

JASMİN