Samuxda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 22 aprel “Yer Gününə”nə həsr olunmuş tədbir keçirilib.
TEZADLAR.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Nazirliyin, İcra Hakimiyyətinin nümayəndələri, ekokönüllülər və rayon gəncləri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Samux şəhəri Heydər Əliyev prospektində yeni salınmış istirahət parkında ağac əkib, daha sonra Samux rayonunun Qarayeri qəsəbəsində çay kənarı ərazidə təmizlik aksiyası keçirərək ətrafı tullantılardan təmizləyiblər.
Tədbirin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə diqqəti artırmaq, ictimaiyyətin belə tədbirlərdə aktiv iştirakını təmin etmək və dayanıqlı gələcəyimizi təmin etməkdən ibarətdir.